Onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyevanın ürək dağlayan fotosu yayılıb.
Fotoda “Həyat” fondunun təsisçisi Nuran Hüseynov da əks olunub.
Könül Xasıyeva ilə görüşünün çox təsirli keçdiyini bildirib:
“Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasiyevanı bu gün yoxlamaqa getmişdim ... Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu ... Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq ... Çünki yeni "HƏYAT" fondumuz ona dəstəkdir ... Biz isə sizin hər birinizə güvənirik ... Bu yaxınlarda "HƏYAT" fondunun televiziya versiyasında ətraflı danışb sizli bizli gözəl sənətçimizə dəstək olacağıq ... Bildiyiniz kimi, xeyriyyə məqsədilə HƏYAT fondu yaradılıb... Məqsəd ehtiyacı olan xəstələrə kömək etməkdir... Həmin insanlar haqda məlumatları ATV kanalında yayımlanacaq "HƏYAT" verilişində sizinlə paylaşacağıq... Kömək etmək istəyənlərsə istənilən mobil operatordan 999 nömrəsini yığmaqla, 0 düyməsini basmaqla 50 qəpik, başqa düymələri, məsələn 5 düyməsini basmaqla 5 manat, 9 düyməsini basmaqla 9 manat yardım edə biləcəklər... Yardımı həmçinin www.hayatfondu.az saytına baş vurub ordan da etmək mümkündür ... Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin ..."

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub