Bakı Sağlamlıq Mərkəzində müalicə alan əməkdar artist Naibə Allahverdiyeva reabilitasiyasını hazırda Mərdəkanda yerləşən “Günəşli” nevroloji sanatoriyasında davam etdirir.
Sənətçi BiG.AZ-a açıqlamasında səhhətinin nisbətən yaxşı olduğunu, sanatoriyada istirahət etdiyini, depressiyadan uzaq qalmağa çalışdığını bildirib.
“Səhhətimlə bağlı xəbərlər yayılmışdı. Hətta bəzi saytlar yazmışdı ki, ölümcüldür. Səhhətimdə problem vardı, amma heç də ölümcül deyildi. Sadəcə sənətlə bağlı problemlər səbəbi ilə ağır depressiyaya düşdüm. Xeyli müalicə aldım. İndi də Mərdəkanda sanatoriyada dincəlirəm. Hər şeydən uzaq qalıb bir az sakitləşmək istəyirəm. Burda təbiətdən, sakitlikdən və quşların səsindən zövq alıb, bir müddətlik sakit həyat yaşayıram. Səhhətim isə nisbətən normaldır. Mənim üçün narahat olan insanlara dərin təşəkkürümü bildirirəm”, - deyə əməkdar artist müxbirimizə bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub