"Qız atası" serialında Vidadi obrazı ilə sevilən tanınmış aktyor Teymur Məmmədov şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Yenicag.az-a danışan aktyor heç vaxt xanımının onu qısqanmadığını dilə gətirib:
"Biz aktyoruq, çəkildiyimiz filmlərdə aktrisalarla tərəf-müqabili oluruq. Heç vaxt həyat yoldaşım məni onlara qısqanmayıb. Bəlkə də ürəyində nəsə fikirləşib, amma üzümə vurmayib. Arvada lazımdır ki, kişi evə pul gətirsin, neynir e kişini qısqansın?! Həyat yoldaşım özü də bilir ki, sənətimi ondan əvvəl sevmişəm və birinci işim gəlir. Həm də sənətimlə pul qazanıb, onları dolandırıram. Ailəmi də çox istəyirəm".
Aktyor aradabir xanımını qısqandırdığını da gizlətməyib:
"Aradabir arvadı cırnatmaq üçün deyirəm ki, o biri arvad səndən yaxşı baxır mənə. "Qız atası" filmində Mətanət hər dəfə evdən çıxanda pencəyimi geyindirir, mənə diqqət edir axı. Bunu deyib, arvadı qıcıqlandırıram. O saat əl-ayağa düşür, mənə diqqəti daha da artirir".
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub