Yumor ustası Fərda Xudaverdiyev bahalı avtomobilindən enib avtobusa minib.
Mynews.az Axşam.az-a istinadən verdiyi məlumatına görə, "Xəzər Maqazin”in qonağı olan aktyor bu dəfə ictimai nəqliyyatdan istifadə edərək keçmişinə qayıdıb. Fərda ssenarilərini vaxtilə avtobuslarda yazdığını bildirib:
"Bütün ssenarilərimi avtobusda yazmışam. Evimizin yanından 2 nömrəli avtobus işləyirdi. Konduktordan başqa bütün işlərdə çalışmışam. Yəni, konduktor işinə düzəltsəydilər, onu da işləyərdim. Düzəltməyiblər, işləməmişəm. Qarpız satan adamam”.
F.Xudaverdiyev avtobusda gözləmədiyi vəziyyətlə üzləşib. Sərnişinlərdən birinin Fərdanı tanımaması aktyoru pis vəziyyətdə qoyub. "Sən Bakının harasında yaşayırsan? Səndən avtoqraf alacağam” deyən Fərda vəziyyətdən çıxış yolu kimi "Yəqin yaxşı dərs oxuyur, televizora baxmır, internetlə maraqlanmır” deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub