Əməkdar artist Abbas Bağırovun toyunda halı pisləşib.
Bu barədə "Xəzər Maqazin" verilişində deyilib. Müğənni öz şad günündə gərgin anlar yaşayıb. İlk toyunu Gəncədə edən Abbasın təzyiqi düşüb.
Müğənni bunu yuxusuz olması və yemək yeməməsi ilə əlaqələndirib:
"Dərmanımı vaxtında çatdırdılar, özümə gəldim. Heç özüm də deməyə söz tapmıram. Həyəcanlıyam. Çünki çox məsuliyyətli addım atmışam. İnanıram ki, xoşbəxt ailə başçısı olacağam. Ən böyük arzum budur".
Daha sonra Abbasın atası və qardaşı onu toy münasibətilə təbrik ediblər. Toyun diqqətçəkən məqamlarından biri də Röya Ayxan, Aygün Kazımova, Natavan Həbibi, Brilliant Dadaşova və Zamiq Hüseynovun məclisdə iştirak etməməsi idi. Abbas bunu belə izah etməyə çalışıb:
"Kimi çağırmışdımsa, hamısı gəlib. Siyahıya da baxmışdım ki, görüm kim qalıb. Hətta bura siyahıda adını qeyd etməyi unutduqlarım da, mən çağırmasam da, gəlmişdilər. Bura qalmaqal məkanı deyil,mənim toyumdur. Ona görə də istəyirəm hamı xoş əhvalda olsun".

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub