Dünən “M Group Production”ın təşkilatçılığı ilə “Maşın Şou”nun 14-cü mövsümü start götürüb.
Mynews.az Axşam.az-a istinadən məlumatına görə, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan doqquzu ötən verilişlərdən təcrübəli olsa da, digər doqquzu proqramda ilk dəfə çıxış edir.
Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Qarşıdurma" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə 30 min dollarlıq avtomobil təqdim olunacaq.
Qeyd edək ki, yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:
Rəqqasə Oksana Rəsulova, rejissor Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov, prodüser Tarix Əliyev, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Cavad Rəcəbov, Elton Hüseynəliyev, Səidə Sultan, Üzeyir Mehdizadə, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, Səbuhi Xanlarov.
Axşam.az-ın fotoqrafı Ramin Aslanov ilk canlı yayım günündən maraqlı fotosessiya hazırlayıb. Həmin şəkilləri təqdim edirik:
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub