Aparıcı Xoşqədəm Hidayətqızı illər sonra müəllimi ilə görüşüb.
O, müəlliminin xərçəngdən əziyyət çəkdiyini bildirib:
"İllər sonra müəllimimlə tennis oynamaq istədim və bu gün o gün idi. Aylardı ondan xahiş edirdim ki, illər sonra tələbənlə oyna və ona qiymət ver. Hər dəfə işinin çox olduğunu deyirdi. Nəhayət bu gün üçün razı oldu və illər sonra görüşdük. Yaşlanmış və dəyişilmiş bir insan vardı qarşımda. Nəsə soruşmağa utandım və oyun başlayanda onun xəstəliyini, xərçəngdən əziyyət çəkdiyini anladım. Aldığı müalicə onu bu hala salıb. Məni qırmamaq üçün bu oyuna razılıq verdiyini söyləyəndə göz yaşlarımı saxlaya bilmədim. Geriyə dönmək və ilk tennis kortu, toplar, ilk dəfə raketi tutmaq istədim. İllər necə sürətlə ötür. Bu illər ərzində nə qədər yaxınımı, dostumu itirmişəm. Bu günün, anınızın qədrini bilin. Pislik etməyin, qəlb qırmayın. Həyat o qədər qısadır ki... Onu yalnız özünüzə və yaxınlarınıza, yaxşılıqlara həsr edin".

Big.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub