Müğənni Ruhəngiz Allahverdiyeva gizlin xəzinəsindən danışıb.
Mynews.az xəbər verir ki, Yenicag.az- açıqlama verən sənətkar əl işlərindən ibarət kolleksiyası olduğunu bildirib:
“Mən lap çoxdan əl işlərimdən ibarət kolleksiya yığıram. Müxtəlif muncuqlarla işlənmiş bəzək əşyaları, gəlinciklər, aksesuarlardan ibarət həmin kolleksiya yuxusuz gecələrimin məhsuludur. Hamı yatanda mən muncuqlarla işləyirdim. Ancaq o zaman əsəblərim sakitləşir, zövq alır və yüngülləşirəm. Onları evimdə saxlamıram, çünki həddən artıq çoxdur və yer tutur. İnanmazsız, onlar üçün ayrıca ev tutmuşam”.
Müğənni nə vaxtsa onları pula çevirməyi də düşünür:
“Hələ ki, satmağa əlim gəlmir, amma nə vaxtsa, bəlkə satdım, ya da sərgilərdə iştirak etdim. İndidən deyə bilmərəm”.
Onu da öyrəndik ki, sözügedən kolleksiyanın ümumi dəyəri 50 min manatdan artıqdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub