İstanbulda keçən il ölü tapılan Yağmur Günəş və Uğur Can Taşdemirin qadının əmisi oğlu tərəfindən silahla öldürüldüyü məlum olub.
Şübhəli ilə Yağmur Günəşin ana-atası barəsində ömürlük həbs istəyi ilə iddia qaldırılıb. Məhkəmə təxirə salınıb.
TƏFƏRRÜAT
19 yaşlı Uğur Can Taşdemir və 27 yaşlı Yağmur Günəş bir müddət əvvəl tanış olaraq sevgili olublar. Yağmur Günəşin boşandığı həyat yoldaşından 2 uşağı olub. Günəş tez-tez Taşdemirin və ailəsinin yaşadığı evdə qalıb. Uşaqlara da Yağmur Günəşin valideynləri baxıb. Yağmur Günəşin əmisi oğlu Cüneyt Günəş bir gün Uğur Can Taşdemirin bacısı Demetə zəng edərək görüşmək istədiyini deyib. Qız səbəbini soruşduqda "Yağmurun anası ikisini də öldürəcək" cavabını eşidib. Cüneyt Günəş axşam saatlarında telefonla cütlüyə zəng edib.
Yağmur Taşdemir "Qardaş, bizdən əl çək. Anama inanma. Mən burada xoşbəxtəm, hüzurluyam. Sən mənim qaldığım yeri bilirsən, istəyirsənsə gəl, gör", - deyib. Evə gəlmək istəmədiyini bildirən Cüneyt Günəş isə Yağmur və Uğur Canı yanına çağırıb. Deyilən ünvana gedən cütlüyü avtomobillə Maltepedə boş bir əraziyə aparan əmi oğlu burada evə qayıtmağı qəbul etməyən Yağmur Günəşə 2, Uğur Can Taşdemirə isə 3 dəfə atəş açaraq öldürüb.
///Milli.Az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub