Müğənni Fədayə Laçın bəzi şou-biznes nümayəndələrini "bayquş” adlandırıb.
Mynews.az məlumatına görə, ifaçı"10-dan sonra” verilişinə açıqlamasında ucuz reklam arxasınca gedən həmkarlarını tənqid edib:
"Şou-biznesdə bayquşlar çoxdur. Elə bilirlər gülüstandadırlar, amma başa düşmürlər ki, xarabalıqdadırlar. Müğənninin işi oxumaqdır. Oxuya bilməyən neyləsin? Səsinə və sənətinə güvənməyənlər maşını qəzaya düşəndə, xəstəxanaya gedəndə dərhal jurnalistləri başlarına yığırlar. Belə reklamdansa sənətlərini nümayiş etdirsələr, daha yaxşı olar. Kimsə "bayquş” sözümə cavab versə, deməli, özünü bayquş hesab edir”.
F.Laçın xalq artisti Mələkxanım Əyyubovanın qısa geyimdə muğam oxuyanları qınamasına da cavab verib:
"Şalvar geyinib muğam oxuyanları xoşlamırsansa, baxma! Şalvarda da, qısa geyimdə də muğam oxumaq olar. Bəlkə o, elə qəbul edir, amma bu, tərbiyəsizlik deyil”.
Axsam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub