Aygün Kazımova fərqli imicdə - FOTOLAR

764
Aygün Kazımova fərqli imicdə - FOTOLAR
Azərbaycanda dəb həftəsi keçirilir.    Mynews.az-ın məlumatına görə, “Azerbaijan Fashion Week” adlı tədbir may ayının 23-dən start götürüb və artıq bir neçə gündür davam edir. Yerli şou-biznesin divası Aygün Kazımova dəb həftəsini izləyən fəxri qonaqlar sırasında olub. O, dəb nümayişini izləməyə yaxın dostu və dizayner Rüfət İsmayıl ilə qatılıb.   “Afffair” brendinin yaradıcısı olan Rüfət İsmayıl Aygün Kazımovanın yaradıcılığının 30 illiyinə həsr olunmuş konsertin səhnə geyimlərini hazırlayacaq.   Qeyd edək ki, Aygün Kazımovanın hesabat konserti 22 sentyabrda Azərbaycanın ən böyük konsert salonu olan “Crystal Hall”da keçiriləcək.

Xəbər lenti