Xəbər verdiyimiz kimi, Əməkdar artist Murad Dadaşovun aparıcılığı ilə ATV-də “Maşın” realiti-şousu başlayıb.
Mynews.az xəbər verir ki, tanınmış aparıcı, bəstəkar, müğənni Murad Arif sosial şəbəkədə veriliş haqqında xatirələrini bölüşüb.
2007-ci ildə keçirilən “Maşın” şounun qalibi olan M.Arif proqramın onun həyatını dəyişdirdiyini yazıb:
“İTV-də “Qaraj” verilişini apardığım dönəmdə “torbamı tikdilər”. Beynim qızdı, hikkəmdən ərizəmi yazıb, işdən çıxdım. Ertəsi gün Murad Dadaşov zəng etdi ki, bəs bir ulduz (deyəsən, Namiq Qaraçuxurlu) şouya gələ bilmir, 18-ci iştirakçımız sən ol. Şouya gəldim, 2 dəfə səsvermədə “QALSIN!” qazanıb, təhlükə hiss etdiyim oyunçuları öz qərarımla yarışdan uzaqlaşdırdım.
Əlqərəz, işsiz, kasıb, iddialı bir oğlan “Maşın” şouya gəldi və 18 gündən sonra qədtəzə “Nissan Teana” avtomobilinin sahibi oldu. Sonra da yazdılar ki, avtomobili doğrudan vermirlər, yoxsa sürərdi. Mən isə sadəcə avtomobil idarə edə bilmirdim. Harada görmüşdüm ki? Onda avtobus və metro uşağı idim. Gerisi lap Hindistan nağılındakı kimi oldu. Avtomobili satdım, birotaqlı “novostroyka” aldım. Sonra o mənzili satıb başqa bir mənzili ipoteka ilə götürdüm və beləliklə, həyatımın ən böyük problemi - ev problemini həll etdim. Bunun üçün Murad Dadaşova nə qədər təşəkkür etsəm, azdır”.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub