Əməkdar artist Nüşabə Ələsgərli, nəhayət ki, uzun fasilədən sonra yeni mahnılar yazdırmağa qərar verib. Anası və bacısını itirən sənətçi depressiyadan yavaş-yavaş çıxdığını bildirib.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi onu depressiyadan çıxartdığına görə sosial şəbəkə dostlarına minnətdarlığını bildirib:
"Anamdan və bacımdan sonra ilyarım efirlərə çıxmadım. Həmin müddətdə insanlar mənə sosial şəbəkədə təsəlli verdilər, dərdimə şərik çıxdılar. Fikirləşdim ki, onları nə məcbur edir ki, mənə sevgilərini belə izhar edirlər?! Demək ki, onlar məni unutmayıblar, həqiqətən sevirlərmiş. Bu sevgi məni yaşatdı, ayağa qaldırdı.
Eyni zamanda, ətrafımda baş verən hadisələr məni dəyişdi. Yanvar ayında qonşumuzda gənc bir qız rəhmətə getdi. Sanki, silkələndim, fikirləşdim ki, bu gənc qız həyatın ən şirin vaxtında ailəsinə dərd verib, dünyadan köçdü. Halıma şükür etdim.
Ard-arda neftçilərin ölümünü, qəzalarda dünyasını dəyişənləri görüb, özümü qınadım. Başa düşdüm ki, əzizinin meyitini belə tapa bilməyənlər var. Anladım ki, şükran olmaq lazımdır. Son aylarda bir neçə verilişə çıxdım, indi yeni mahnılar yazdırmaq istəyirəm. Nə etmək olar ki, həyat davam edir".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub