Azərbaycanlı iş adamı Mübariz Mənsimovun türkiyəli model Ebru Şallıya Bodrumdakı "Palmarina" hotelində həftənin 6 günü pilates dərsləri keçməyi, eləcə də çimərlikdə və hovuzda poz verib hoteli reklam etməyi üçün ona 500 min lirə təklif etdiyinə dair xəbərlər yayılıb.
Ebru Şallı İnstaqram hesabında bu xəbərlərin əsassız olduğunu bildirib.
"Sevgili izləyicilərim, içimdən gəldiyi üçün yazıram. Bilirsiniz ki, mən elə də çox danışmıram. İki gündür qəzetlərdən birində dərc olunan qeyri-ciddi, yalan, əsassız xəbərlərə inanmayın. Təəccüb içindəyəm, çünki bu gün yayılan xəbərlə bağlı köşə də yazılıb. Çox acı vəziyyətdir! Vay Türkiyənin halına!
Guya, bu qədər pul almışam, mənə pilates dərsləri keçməyim üçün sərvət ödəyiblər...Tamamilə yalan və uydurma, qeyri-ciddi xəbərdir! Təbii ki, pilates dərsləri keçirəm, canlı yayımlarım olur, "DVD"lərim çıxıb, bir çox idman mərkəzlərində dərslərim olur. 14 ildir bu idmanı öyrədirəm. İllərdir onurğasında problem olan əlillərə pilates və nəfəs dərsi keçirəm. Bəs bundan niyə xəbər yazmırlar?" (qafqazinfo)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub