Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu "Maşın" şounun bugünki buraxılışında maraqlı açıqlamalar olub.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Maşın"ın bir neçə il əvvəl efirə gedən şousunda iştirakçı olan mərhum reper Hüseyn Dəryadan söz açıb.
O, reperin verilişə qatıldıqdan sonra ikinci dəfə pərəstişkar kütləsi yığdığını deyib:
"Təsadüfən bir xəbər oxuyurdum. Öyrəndim ki, Hüseynin vəziyyəti yaxşı deyil. Ona görə də onu proqrama çağırdım. Burada unikal bir oyun göstərdi. Düzdür, o, mənim dostum deyildi. Amma onun istedadına inanırdım. Verilişdən sonra ona daha çox hörmət etdim. Çox təəssüf ki, Hüseynin həyatı belə oldu".
Daha sonra M.Dadaşov şouda tamaşaçı qismində iştirak edən reperin oğlu Cahangir və xanımı Sonaya yaxınlaşıb, onların kimə dəstək olduğunu soruşub.
Cahangir bütün iştirakçılara hörmət etdiyini, lakin Kənan Mahmudova daha çox dəstək olduğunu vurğulayıb:
"Atam "Maşın"da olanda ona dəstək olanlardan Kənana da dəstək olmalarını xahiş edirəm".
Qeyd edək ki, H.Dərya 2014-cü il martın 15-də avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub