Əməkdar artist Tünzalə Ağayevanın Moskvada verəcəyi solo konsert təxirə düşüb.
Mynews.az-ın məlumatına görə, tədbir bir müddət əvvəl müğənni-bəstəkar Emin Ağalarovun sahibi olduğu “Vegas city hall”da keçirilməli idi.
T.Ağayevanın prodüseri Yalçın Cabbarov bildirib ki, buna səbəb Moskvada baş verən terror hadisələri olub:
“Terror hadisələrindən sonra konserti təxirə salmaq qərarına gəldik. Bu yaxınlarda isə ölkəmizdə İslam Həmrəyliyi Oyunları başladı. Tünzalə Ağayeva oyunlarda ulduz səfir olduğu üçün başı o işlərə qarışdı. Yaxın günlərdə heç bir konsert haqda düşünmürük. Moskva konsertini isə payızda reallaşdırmağı planlaşdırırıq”.
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub