Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlu ilə sevgili olması haqda danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Show time” verilişində deyib ki, bu mövzunun müzakirə olunması onu narahat edib:
“Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Sevgili söhbətlərini 20 il sonra gündəmə gətirdilər. Yəni həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur”.
F.Laçın ikinci dəfə ailə qurmaq istəmədiyini deyib:
“İlk ailəm uğursuz oldu, amma övladıma atası ilə görüşməyə heç bir zaman qadağa qoymadım. Yenidən ailə qurmaq, oğlumun ögey atası olsun istəmədim. Çünki oğluma nəsə deyən olsa, mən həmin adamı döyərəm. İndi mənə evlilik təklifləri gəlir. Amma mən heç bir zaman qəbul etmərəm. Ömrümün sonuna qədər ailə qurmaram".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub