Teleaparıcı Vüsalə "Şəxsi həyatımla bağlı böyük stress yaşadım" - FOTOLAR

721
Teleaparıcı Vüsalə "Şəxsi həyatımla bağlı böyük stress yaşadım" - FOTOLAR

"Ən böyük stressim şəxsi həyatımla bağlı olub. O da illər öncə olub və artıq keçib gedib. Əslində indiki ağlım olsaydı, o stressi yaşamazdım".

Bu sözləri tanınmış teleaparıcı Vüsalə Kərimova Milli.Az-a açıqlamasında çəkisindən danışarkən deyib:

"Mən nə kökəlirəm, nə də ki, arıqlayıram. Normalda 60 kilodan çox olmuram. Ən az çəkim isə 57 kilo olub. Bu 3 kilo fərq məni çox kök və arıq göstərir. Hamı elə bilir ki, tez-tez arıqlayıb kökəlirəm. Mən o qədər də çox yemirəm ki, artıq çəki alım. Məni stress, işin çoxluğu arıqlada bilər. Çünki stress olanda mən çox yeyən adamlardan deyiləm. Desəm ki, tez-tez stressə düşürəm, bu, yalan olar. Ən böyük stressim şəxsi həyatımla bağlı olub. O da illər öncə olub və artıq keçib. Əslində indiki ağlım olsaydı o stressi yaşamazdım", - deyə teleaparıcı bildirib.

 

Xəbər lenti