Xarici mətbuatın yazdığına görə, ifaçı sevgilisi ilə Kaliforniyada istirahət edir. Tətil zamanı çəkilmiş fotoları Meray İnstaqram hesabına yerləşdirib.
Qeyd edək ki, cütlük ilk dəfə ötən ilin noyabrdan görüşməyə başlayıb. 5 ay müddətində eşq yaşadığı Brayana Keri bir milyon dollardan çox pul xərcləyib.
Meray Tanaki ilə münasibətinə bu ilin aprelində son qoymuşdu. Buna səbəb Brayanın külli miqdarda pul xərcləməsi sənətçinin xoşuna gəlməyib. Keri anlayıb ki, gənc rəqqas alfonsdur və ondan istifadə edir. Bundan başqa, müğənninin ailəsi də Brayanla olan münasibətinə qarşı çıxıb. Onlar rəqqasın Kerini deyil, pulunu sevdiyini bildiriblər. Xatırladaq ki, M.Keri iki dəfə ailəli olub. O, 2015-ci ildə əkizlərinin atası Nik Kennondan, 2016-cı ildə isə milyarder həyat yoldaşı Ceyms Pakerdən ayrılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub