Teleaparıcı Hacı Nuran Hüseynov prezident İlham Əliyevin övladları ilə fotoşəkillərini sosial şəbəkədə paylaşıb.
Mynews.az xəbər verir ki, fotoşəkillərdə Arzu və Leyla Əliyevalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin övladları da yer alıblar.
“Leyla Əliyevanın titulları çoxdur. O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədridir.
Lakin, mənim fikrimcə, onun başlıca titulu belədir - mərhəmətli və xeyirxah insan. Onun sayəsində neçə-neçə insan həyatı xilas olub. Xeyirxah əməllərini saymaqla bitməz. Var olun”, -deyə aparıcı qeyd edib.
Oxu.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub