Tanınmış teleaparıcı İradə İsakın “Lider” TV-də yayımlanan “Tor” verilişi bağlanıb. İlkin məlumata görə, verilişin bağlanmasının səbəbi sponsorların layihəyə davam etmək istəməməsi olub.
Mynews.az modern.az-a istinadən xəbər verir ki, aparıcı açıqlamasında məsələyə aydınlıq gətirib. O, sentyabrdan etibarən verilişin efirə çıxmayacağını bildirib:
“Bu veriliş onsuz da qısa müddətli nəzərdə tutulmuşdu”.
Sponsor yoxluğuna görə verilişə davam etməməsinə gəlincə, xanım aparıcı bunları deyib:
“Verilişin iki sponsoru var idi. Onsuz da sentyabrda davam etməyəcəkdik”.
İ.İsak qarşıdakı planları ilə bağlı konkret layihə üzərində dayanmadığını söyləyib:
“Hələ ki danışılanlar fikir olaraq qalır”.
Qeyd edək ki, bu il yanvarın 27-dən yayımlanan "Tor” hər həftənin cümə günü efirdə olurdu. İ.İsak buna qədər ANS-də yayımlanmış "Deməsək olmaz” verilişinə aparıcılıq edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub