Müğənni Sevda Yəhyayeva gündəmə gəlib. Amma yaradıcılığı ilə yox...
AzTv-nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi maşınla vurub, öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir.
Qəzanı törədən X.Ağcayev "SOY" prodakşnın rejissor köməkçisidir. O, bundan öncə də müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.
Mynews.az bildirir ki, müğənni Sevda Yahyayevanın hazırkı prodüseri Pərviz Əsgərov big.az-ın müxbiri ilə söhbətində Xamis Ağcayevin vaxtilə Sevda Yahyayeva ilə birgə işlədiyini təsdiqləyib və bunları əlavə edib:
"Amma hamı bilir ki, artıq 9 ildir ki, Sevda xanımın prodüseri mənəm. Düşünürəm ki, Xamislə Sevda Yahyayevanın adının birgə hallanması yersiz və absurddur. Onlar çoxdan iş birliyinə son qoyublar".
"SOY" prodakşnin rəhbəri Oqtay Əliyev qafqazinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub