Müğənni Elton Hüseynəliyev "Maşın" realiti şousunda baş verən hadisələr haqda fikirlərini bildirib.
Axşam.az-ın məlumatına görə, verilişin ilk buraxılışında sms səsverməsi ilə aktyor Elcan Rəsulova uduzan sənətçi ilginc məqamlar açıqlayıb.
O, veriliş haqda ciddi ittihamlar səsləndirib. Sənətçi qeyd edib ki, "Maşın" şouda hər şey aparıcı Murad Dadaşovun diqtəsi ilə həyata keçirilir:
"Oksana xanım, verilişdə ən böyük qruplaşma sənin və Aqil M.Quliyevin əlindədir.
Danışanda bir az səmimi ol. Murad yaxşı edib Kənanı saxladı. Bəli, məhz saxladı. Elcan, sənə uğurlar, inşallah finalda olarsan. Mənə isə evdə olmaq daha ləzzət edir, nəinki bəzi saxta sifətli insanların yanında görünmək. Kənan, sənə halaldır. Orda yalnız səndə və Nadirdə səmimiyyət gördüm.
Murad Dadaşov nə istəyir, o da olur. Çünki "Maşın" onun şousudur. Ora getdiyim üçün çox peşmanam. Elcanla heç bir işim yox idi. Bu, Muradın oyunu idi. Mən də oynadım və uduzdum.
Həyat isə davam edir. Allah hamıya ürəyincə verəcək. Murad gördü ki, oyun düz getmir Elcanla məni əsəbiləşdirib bir-birimizə qarşı qoydu. Ümumiyyətlə, bütün iştirakçılar hər şeyi bilir. Orda qazanan bir nəfər var - o da şounun ağası. Gerçəkləri demək lazımdır ki, hamı bilsin. Millətin pulu boş yerə gedir".
E.Hüseynəliyev prodüseri olan Tarix Əliyevə (Tolik) də ismarış göndərib:
"Tolik, sənin orda qalmağının artıq heç bir mənası yoxdur. Yenə də özün bilərsən".
Qeyd edək ki, dünənki buraxılışda aktyor Səbuhi Xanlarov səs toplamayaraq verilişdən gedib. O, səs yığacağı təqdirdə, rejissor Kənan Mahmudovu uzaqlaşdıracağını bildirmişdi.