Gitara ifaçısı Rəhman Məmmədlioğlu Tural Məmmədli ilə birgə verdiyi konsertdən danışıb: "İlk dəfə mənim konsertimdə gitaraya bu qədər hörmət qoyulmuşdu. Düşünürəm ki, bu konsert tək Azərbaycan üçün olmadı. Bəhrəsini artıq görürəm. Amerikanın 3 ştatında konsert vermək təklifi aldıq. İlk dəfə mənim konsertimdə gitaranı xeyli musiqiçi idarə edirdi. İnsanların psixologiyasında gitaradan toy, kafe iyi gəlir. Bu qoxunu gitaranın üstündən götürmək üçün oğlum konsertimdə xeyli əziyyət çəkdi. Konsertimin əvvəlində səs rejissorunun qeyri-peşəkarlığı oldu. Bu da mənə dərs oldu ki, gələcəkdə ucuz iş görməyim. Yəni ucuz ətin şorbası olmur".
Mynews.az lent.az-a istinadən xəbər verir ki, R.Məmmədli oğlu T.Məmmədlinin bəstəkarlıq etməsinə çətinliklə razılıq verdiyini söylədi: "Hər zaman məndən soruşurdular ki, "oğlunuzun musiqiçi olmasını istərdinizmi?". Qətiyyətlə "yox" deyirdim. Çünki bu sənətin əziyyətini özüm görmüşəm. Oğluma demişdim ki, məmləkətdə 10 nəfər arasında 1 nəfər sən istedadlısansa, razı olaram. Qismət belə gətirdi ki, tanrı oğluma istedad da verdi. Onun beynəlxalq uğurlarından sizlərin də xəbəri var. Bu gün Turalla qürur duyuram. Bundan başqa, görünür, bizdə genetikanın rolu böyük oldu".
Gitara ifaçısı daha sonra bildirib ki, 50 yaşında sənətdən getməyi arzu edirmiş: "Özümə arzu etmişdim ki, 50 yaşında sənətə əlvida deyim. Amma özümə iş qura bilmədim. Bu sənət məni xeyli aldatdı. Artıq 56 ildir ki, gitara çalıram. Amma bu sənət gəncliyi sevir".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub