ATV telekanalında Murad Dadaşovun aparıcısı olduğu "Maşın" şounun növbəti buraxılışı baş tutub.
Mynews.az Lent.az-a itinadən verdiyi xəbərinə görə, növbəti buraxılışda müğənni Cavad Rəcəbov şoudan kənarlaşdırılıb.
C. Rəcəbov səs toplayacağı təqdirdə rejissor Kənan Mahmudovu yarışmadan uzaqlaşdıracağını deyib. Müğənni atasız böyüdüyünü bildirərək, maşını udacağı təqdirdə uşaq evinə verəcəyini vəd edib.
Kənan Mahmudov isə pərəstişkarlarını C. Rəcəbovun şoudan getməsinə səs verməyə çağırıb və sonadək mübarizə aparmaq niyyətində olduğunu qeyd edib. Rejissor maşını udacağı təqdirdə mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirə hədiyyə edəcəyini bildirib.
Sonda C.Rəcəbov tamaşaçıların 38,82 faiz səsini toplayaraq şounu tərk edib.
Qeyd edək ki, hazırda şouda “Nissan Kicsk” markalı avtomobil uğrunda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, aktrisa Pərvin Abıyeva, müğənnilər Nadir Qafarzadə, Səidə Sultan, Təranə Qumral, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova və aparıcı Azər Zahid davam etdirir.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub