Hər buraxılışı qalmaqalla yadda qalan “Maşın” realiti-şousunda bu dəfə rejissor Kənan M.M. tamaşaçını təəccübləndirib.
Mynews.az-ın məlumatına görə, rejissor uduşa qoyulan avtomobili udduğu təqdirdə, onu mərhum reper Hüseyn Dəryanın oğluna verəcəyini deyib:
“Oğlum yanıma gəlmişdi. Qulağıma elə söz dedi ki, özümdən utandım. Dedi ki, “Ata, bizim maşınımız var. Bunu udsan, Hüseyn Dəryanın oğluna ver”. Hətta Pərvinlə (aktrisa Pərvin Abıyeva – red.) sona qalsam da, əlimi maşından çəkməyəcəm”.
Onun bu sözlərinə digər iştirakçılar etiraz edib. Hər kəs “ee” deyərək, narazıçılıq bildirib.
Maşın ətrafında dayanan digər iştirakçıların bu reaksiyası Kənanı özündən çıxarıb. Əsəbiləşən Kənan onları hədələyib:
“Nə e, nə var? Niyə Cavad müəllim danışanda "e" demirsiz, mən danışanda edirsiz. Özüm haqqımda danışmayın. Öz əqidəmi bilirəm. Sizin duyğularınız var, mənim yox? Bu maşını udub özümə saxlasam, kişi deyiləm. Amma mənə sağ göstərib, sol vurmayın. Zərbədən çıxıb, “bakovoy” vuraram”
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub