Aparıcı İlahə Nizamiqızı rejissor Nail Naiboğlu ilə yeni layihə üzərində işlədiklərini bildirib.
Mynews.az-ın məlumatına görə, SİA-ya bu haqda aparıcının özü məlumat verib: "Rejissor Nail Naiboğlu ilə münasibətlərimizi korlamaq istəsələr də bir aradayıq. Bizi illər və dostluğumuz bir-birinə bağlayır. Bizi istəməyənlərin acığına yeni layihə üzərində işləyirik. Həmin layihə nədən ibarət olacaq bunu açıqlamayacam. Tezliklə görəcəksiniz".
Aparıcı şəxsi həyatından da söz açıb: "Bildiyiniz kimi, 2 övladım var. Həyat yoldaşımdan ayrılmışam. Ərimdən ayrılmağıma səbəb həyat yoldaşımın içkiyə qarşı meyilli olması idi. 10 il dözdüm. O, illər ərzində çox əziyyət çəkdim. Nələr yaşadım valideynlərimin belə xəbəri olmadı. Gəncədən Bakıya gələrək, həyat yoldaşımdan canımı qurtardım. Yenidən ailə də qurmadım".
Aparıcı tezliklə qaynana olacağını da deyib: "Qızımın 21 yaşı var. Tezliklə evimizdən vağzalı səsi eşidiləcək. Amma qaynana olmağa sanki hazır deyiləm. Çünki qızımla bacı münasibəti qurmuşam. Övladlarım mənim anama ana deyirlər. Mənə adımla müraciət edirlər".
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub