Türk vətəndaşı ilə ailə qurub, uzun illər Türkiyədə yaşayan, 7 ildir ki, Azərbaycana dönən müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb.
Mynews.az xəbər verir ki, müğənni həyat yoldaşından ayrılıb, Azərbaycana gəlməsinin səbəbini uzun illərdən sonra ilk dəfə olaraq yenicag.az-a açıqlayıb:
"7 ildir ki, Azərbaycana gəlmişəm, burda fəaliyyət göstərirəm. Azərbaycana gəlməyimin səbəbkarı həyat yoldaşım olub. Ərimin Türkiyədə biznesi vardı, iflasa uğradı, hər şey əlimizdən çıxdı. Bunun da günahkarı özü oldu. Dəfələrlə ona dedim ki, ortaqlarından ayrıl, biznesin təhlükədədir. O, məni dinləmədi, avtomobilləri, evləri əlindən çıxdı. Çox çətin günlər yaşadıq, onun bu hərəkəti məni qəzəbləndirdi, küsdüm və yığışıb Azərbaycana gəldim. Oğlum o zaman orta məktəbdə oxuduğu üçün atası ilə qaldı. İndi də universitetdə təhsil aldığı üçün yanıma yalnız qonaq kimi gəlib-gedir".
Müğənni bu illər ərzində həyat yoldaşı ilə nikahlı olduğunu da gizlətməyib:
"Bu illər ərzində yoldaşımla danışıram, yazışıram, oradakı evimizə gedib-gəlirəm. Rəsmi nikahımız var, boşanmamışıq, amma arada sevgi qurtarıb. Ola bilər ki, onun həyatında müvəqqəti qadınlar olub, amma hələ də məni sevir. Aramızda xəyanət olmayıb. Bu illər ərzində çox istədim ki, ikinci dəfə ailə həyatı qurum, amma alınmadı. Həyat yoldaşımın ağıllı, diqqətli və gözəl insan olması məni bu addımı atmaqdan çəkindirdi. Əlbəttə, gözəl qadınam, kiminsə sevgilisi də ola bilərdim. Bəlkə də şou-biznesdə yeganə xanım sənətçiyəm ki, sponsorum yoxdur. Hansısa pullu kişinin məşuqəsi olsaydım, indi villam, avtomobilim, hər şeyim vardı"
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub