BİABIRÇI DAVA! Pərvinlə Səidə Kənana görə bir-birini qırdı: +18 söyüşlər və... - - VİDEO

3359
BİABIRÇI DAVA! Pərvinlə Səidə Kənana görə bir-birini qırdı: +18 söyüşlər və... - - VİDEO

"Maşın" realiti şousunun növbəti buraxılışında gərgin anlar yaşanıb.

Mynews.az
axşam.az-a istinadən bildirir ki, iştirakçılardan olan aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında dava olub.

Digər iştirakçı Cavad Rəcəbov səsvermə zamanı rejissor Kənan M.M.-i çıxaracağını söyləyib.

P.Abıyeva isə Kənanı qorumaq üçün sevənlərindən C.Rəcəbovun əleyhinə səs istəyib. 

Onun "Qardaşım üçün səs istəyirəm" sözləri S.Sultanı özündən çıxarıb.

Efir zamanı Pərvinlə Səidə bir-birinin ünvanına təhqirlər səsləndirib.

Pərvin "Mənə maraqlıdır Səidə özünə necə səs istəyəcək? Kənanın yerində mən təhlükədəyəm. O getsə, elə bilin mən getmişəm. Mənim ailəmə söz deməsinlər. Əlimdən xəta çıxar, bilərsən nə edəcəm. Sən kimsən mənim qardaşımın adını çəkirsən?" sözlərini deyib. 

"Elə şeylər var ki, deyə bilmirsən. Nə edəcəksən, döyəcəksən bizi? Elə bil peyğəmbərə söz deyirsən", - Səidə cavab verib. 

Efir zamanı hər iki iştirakçının mikrofonları söndürülüb. M.Dadaşov Pərvinin ağzını əli ilə tutaraq danışmasına mane olub.

Aktrisa daha sonra sosial şəbəkə vasitəsilə efirdəki hərəkətinə görə üzr istəyib:

"Mən orada göründüyü kimi həyasız, ləçər biri deyiləm. Məni o həddə çatdırdılar. Əsəb xəstəsi olduğum üçün bu yarışmaya qatılmadan əvvəl psixoloqla danışıb, sakitləşib gəldim. Proqramın qaydaları var. Bura müqavilə imzalayıb gəlmişəm. Burada şəxsiyyətə və ailəyə toxunmaq olmaz. Səidə mənim doğma qardaşıma dil uzatdı, özümdən çıxdım və o həddə çatdım. Heç kim canlı efirdə başqasının ailəsinə dil uzada bilməz. Orada nə mən, nə də qarşı tərəf söyüş işlətmədik. Murad Dadaşovun ağzımı tutmasının səbəbi məni sakitləşdirmək idi. Məni o vəziyyətdə gördüyünüz üçün üzr istəyirəm. Sabah efirdə də hər birinizdən canlı üzr istəyəcəm".

Xəbər lenti