İsraildə yaşayan Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Dina Tumarkin yubileyini Bakıda keçirilib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutan yubiley tədbirində mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, millət vəkilləri, aktrisanın sənət dostları iştirak ediblər.
Tədbir “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqını, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimdə çıxış edən Dina Tumarkin Azərbaycanın onun üçün hər zaman əziz və doğma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 27 il sonra yubileyinin məhz Bakıda, uzun illər səhnəsində olduğu Dövlət Rus Dram Teatrında qeyd edilməsindən məmnunluq duyur.
Qonaqlar xalq artistinin həyat və fəaliyyətinə diqqət çəkərək onun ifasında olan rollar, oynadığı tamaşalar barədə xatirələrini danışıblar. Qeyd edilib ki, hələ SSRİ dövründə Azərbaycan teatr qrupları ilə birlikdə müxtəlif ölkələrdə olan aktrisa hər zaman öz təkrarolunmaz ifası ilə yaddaşlarda qalıb.
Qeyd edək ki, məşhur aktrisa Dina Tumarkin Odessada anadan olub. 1955-ci ildən başlayaraq onun həyat yolu Bakı ilə bağlı olub. Uzun illər Azərbaycan teatr səhnəsində fəaliyyət göstərib. 1990-cı ildə Tumarkin İsrailə köçsə də Bakı onun üçün hər zaman unudulmaz olaraq qalıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub