Müğənni-bəstəkar Rəhim Rəhimlinin xəstəxanalıq olmasının səbəbi aydınlaşıb.
Gömrük Hospitalından görüntüləri yayılan sənətçi başına gələnləri "Xəzər Maqazin"ə danışıb:
"Gecə saatlarında evə gəlirdim. Axundov bağının yanında yeni tikilən binanın qarşısından keçəndə, sən demə, yol qəfil kəsilir. Heç bir işarə qoymayıblar. Mən də çuxura düşüb huşumu itirdim. Telefonum, çantam, eynəyim – hərəsi bir tərəfə dağılır. Əlim telefona çatmadığından heç kimə zəng edə bilmədim. 45 dəqiqə qanlar içində çuxurda qaldım. Təsadüfən 3 nəfər gənc oradan keçəndə iniltimi eşidib məni çuxurdan çıxardılar.
Ayılanda özümü reanimasiyada gördüm. 3 saat əməliyyat keçirmişəm. Sol ayağımın iki sümüyü sınıb və ora dəmir titan yerləşdiriblər. Bir aya qalxmağa icazə verəcəklər.
Allah saxladı. Gecə saat 5-də o uşaqlar oradan keçməsəydi, səhərə kimi orada qan itirəcəkdim".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub