"Maşın" realiti şounun daha bir buraxılışı baş tutub.
Mynews.az Axşam.az-a istinadən verdiyi məlumatına görə, proqramda iştirakçılar rəqqasə Oksana Rəsulovanın şəklini atıblar.
Oksana səs topladığı təqdirdə verilişin gedişatından asılı olaraq ad açıqlayacağını desə də, aparıcı Azər Zahid və müğənni Səidə Sultan günün hədəfi olduqlarını söyləyiblər.
Daha sonra O.Rəsulova oyundan Azəri çıxaracağını bildirib.
Rəqqasə şounun sonunda 65,61 faiz səs yığaraq proqramda qalıb. O, A.Zahidi verilişdən kənarlaşdırıb.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.
Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub