Müğənni Nadir Qafarzadə rəsmi İnstaqram hesabında qalmaqallı paylaşım edib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin ona atdığı mesajı izləyiciləri ilə bölüşüb.
Mesajda Canagir Kənanın onlara apardığı bazarlığın fotosunu atıb və "Sox gözünə, alçaq. Kənana inanmırdınız" yazıb.
Nadir isə həmin görüntüləri İnstaqram-da yayımlayaraq Cahangirə əsəbiləşib:
"Bu fotonu Hüseyn Dəryanın oğlu "direct"ə atıb. İndi buna nə ad verək?! Guya, o ərzaqları Kənan öz pulu ilə alıb aparıb?! Ərzaqları Kənana şouda veriblər, o da Hüseyn Dəryanın oğluna aparıb. Öz cibindən xərcləməyib.

Allaha çox şükür, kimə nə yaxşılıq etmişəmsə, öz halal qazandığım pulla eləmişəm. Reklamlara heç vaxt ehtiyac görməmişəm. Çünki xalqım hər şeyi görür və yaxşı bilir. Mən isə Hüseyn Dəryanın oğluna heç nə demirəm. Çünki o, mənim oğlanlarımdan da balacadır. Həyatda hər kəs atasını tanısın. Allah səni saxlasın, Cahangir".
Nadir daha sonra həmin postu öv hesabından silib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub