“Maşın” reailiti-şosunu ötən gün tərk edən iştirakçı aparıcı Azər Zahid olub.
Mynews.az-ın məlumatına görə, rəqqasə Oksana Rəsulova səs toplayaraq, aparıcını oyundan uzaqlaşdırıb.
A.Zahid yarışma ilə bağlı açıqlama verib. O bildirib ki, güclü oyunçu olduğu üçün iştirakçılar ondan qorxub:
“Üzdə deyirlər qruplaşma yoxdur, amma hamı da qruplaşıb. Gələn gündən məni təkləmişdilər, axırda da çıxardılar. İstədiklərinə nail oldular. Dürüst, sözü üzə deyən adamı çıxardılar. Mən onlar üçün güclü rəqib idim. Hamısının vaxtı var... Elə bilirlər səslərini çıxarmamaqla, finala qalacaqlar. Amma qalmayacaqlar, zəif oyunçudular. Elə bilirlər ki, səs topladılar, kimisə çıxardılarsa, həmin adam xalqın gözündən düşdü. Məni Allah, valideynlərim, xalqım tanıyır. Bu da oyundur, biri sevinir, biri yox. Sevinirəm ki, “Maşın” şouda oldum, gözəl layihədir".
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub