Müğənni Nadir Qafarzadə rəsmi İnstaqram hesabında qalmaqallı paylaşım edib.
Sənətçi mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin ona atdığı mesajı izləyiciləri ilə bölüşüb.
Mesajda Canagir Kənanın onlara apardığı bazarlığın fotosunu atıb və “Sox gözünə, alçaq. Kənana inanmırdınız” yazıb.
Nadir isə həmin görüntüləri İnstaqram-da yayımlayaraq Cahangirə əsəbiləşib:
“Bu fotonu Hüseyn Dəryanın oğlu “direct”ə atıb. İndi buna nə ad verək?! Guya, o ərzaqları Kənan öz pulu ilə alıb aparıb?! Ərzaqları Kənana şouda veriblər, o da Hüseyn Dəryanın oğluna aparıb. Öz cibindən xərcləməyib.
Allaha çox şükür, kimə nə yaxşılıq etmişəmsə, öz halal qazandığım pulla eləmişəm. Reklamlara heç vaxt ehtiyac görməmişəm. Çünki xalqım hər şeyi görür və yaxşı bilir. Mən isə Hüseyn Dəryanın oğluna heç nə demirəm. Çünki o, mənim oğlanlarımdan da balacadır. Həyatda hər kəs atasını tanısın. Allah səni saxlasın, Cahangir”.
Nadir daha sonra həmin postu öv hesabından silib.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub