“Maşın Şou”nun bugünkü buraxılışı da qalmaqalsız ötüşməyib.
Şounun son dəqiqələrində qarşıdurmaya çıxarılan sənətçi Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında söz davası düşüb.
Belə ki, müğənni Təranə Qumral sənətçinin onun haqqında dediyi “Sən günəşi qayğanaq görürsən” sözlərinə qarşı ağır ifadə işlədib: “Sən ümumiyyətlə həyatı qayğanaq görürsən, nəinki günəşi. Dediyin sözlər özündə qalsın. Qatıqlama”.
Sənətçi Sərxan Kərəmoğlu isə müğənninin ifadəsinə bu cür mövqe bildirib: “Bax, elə o tərbiyənə görə sənə səs verəcəklər”.
Aranı sakitləşdirmək üçün aparıcı Murad Dadaşov istehzalı şəkildə reklamlardan söz açıb.
Qeyd edək ki, bu gün şouda qutudan şəkli çıxan jurnalist Vüqar Vüqarlı olub. O, qarşıdurmaya sənətçi Sərxan Kərəmoğlunu çıxarıb.
Hazırda şou davam edir. (Musavat.com)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub