Cəsarətli klipləri və sözləriylə Madonnanın könüllərdə qurduğu taxtı yıxmağa heç kimin gücü çatmır.
Sonxeber.az illərlə efirlərdən uzaqlaşsa belə, çıxaracağı bir mahnıyla yenidən gündəmi zəbt etməyə qadir olan Madonna maraqlı faktları təqdim edir.
Madonna dindar ailədə anadan olub.
Getdiyi rahibə məktəbində rahibələri gizli-gizli izləyib, onları çılpaq tutmağa çalışıb.
Orta məktəbdə oxuyarkən ətəyini az qala tamamilə yuxarı çəkən Madonna,koridorlarda rəqs etdiyi zaman oğlanların onu izlədiyini bilirdi.
Universiteti tərk edərək cibində yalnız 35 dollarla Nyu-Yorka gedən Madonna rəqqasə olaraq işə başlayıb.
Miçiqan Universitetindən rəqs təqaüdü alan Madonnanın dolanmaq üçün dükandan oğurluq etdiyi də olub. Otaq yoldaşına "Məşhur olduğumuzda xeyriyyə təşkilatlarına pul hədiyyə edərik" deyib.
İlk dəfə bir gecə klubuna getdiyində özü ilə bir kitab aparıb və "İçəri girib öz-özünüzə rəqs etdiyinizi bilmirdim" sözlərini işlədib.
Ledi Qaqa və ya Britni Spirsdən fərqli olaraq Madonna mahnılarında eşq və inqilab mövzularının yerinə cinsi münasibət və azadlıq mövzularını başladan ik qadın müğənnilərdəndir.
Porto-Riko konserti zamanı bayraqla tərini silib atınca ölkənin düşməninə çevrilmişdi.
Türkiyəyə gəldiyində hicab geyərək kabab yeməyə gedən Madonna: "İman gətirib, inanmamaq sizə qalıb ancaq" ifadəsini işlədib.
Madonna bir başqa açıqlamasında: "Tanrının qarşısına çıxdığımda neçə dənə hit mahnı etdiyimin onun üçün əhəmiyyətsiz olduğundan əminəm. Onun üçün vacib olan tək şey insanlara qarşı necə davrandığım olacaq ..."
:Milli.az