Pərvin Abıyeva 50 min təzminat tələb edə bilər

997
Pərvin Abıyeva 50 min təzminat tələb edə bilər

“Biz realiti şouda müqavilə imzalamışıq. Şərtlərə görə, iştirakçıların şəxsiyyətinə toxunmaq olmaz. Ancaq o xanım mənim ailəmə toxundu, heç kəs onun cavabını vermədi. Müqavilədə bu qaydanı pozanın 50 min manat dəyərində cərimələnəcəyi qeyd olunmuşdu”. 

Mynews.az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında aktrisa Pərvin Abıyeva deyib. “Maşın” şounun keçmiş iştirakçısı proqramda Kənan Mahmudova qardaş deməsinə belə aydınlıq gətirib:

“Mən kimisə qardaş gözündə görürəmsə, o insan sağ olsun. Belə bir şərait yaradıb ki, milyonların qarşısında ona qardaş demişəm. Kənanda sadiqlik, dostluq görmüşəm. Bizim bir-birimizi dəstəkləməyimizi qınayırlar. Amma əsl dost belə olar. Əvvəlcədən hamı anlamalı idi ki, mən Kənanla bir olacağam. O insanın ailəsi mənim üçün çox doğmadır.  

Biz bir-birimizə qardaş deyirdik. Amma oradakı xanımla bəy “bacı” söhbətini ortaya çıxardı. Belə söhbətlərin yeri yoxdur. Geyimlərim sərbəstdir, o demək deyil ki, kimsə mənə bacı deyə bilməz? İnsanlar yanılırlar”. 

Pərvin Kənanın şoudan çıxmasından sonra reytinqlərin düşdüyünü söyləyib:

“Mənim kinim, stressim bir neçə saatlıqdır Xoşagəlməz şeylər oldu. İstəyirəm ki, həmin hadisələri aşkarlasınlar. Başları qarışıqdır, MGP-nın işləri çoxdur. İnanıram ki, məsələyə aydınlıq gətirəcəklər. Hər kəsi məni günahkar hesab edir.

Kənan şoudan gedəndən sonra reytinq azalıb. Bu, mənim fikrimdir, özüm də baxmıram. Ətrafımda olan insanlar da belə rəy bildirirlər”.

Xəbər lenti