"İllərdir belə geyinirəm və müzakirələrə səbəb oluram. Belə çıxır ki, mən 10, 15, 20 il öncədən irəliləyirəm".
Mynews.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan "ARB Ulduz"un "Şou məkan" verilişinə açıqlamasında deyib.
Müğənni geyimlərindən söz açıb:
"Boyunbağım hazır formada xaricdən gəlib. Məşhur bir markanın aksessuarıdır. Boynumdakı qızılgül aksessuarı da Amerikada yaşayan stilistimin əl işidir. Ayaqqabıları və paltarı isə bacım Lalə Seyidcahan hazırlayıb. Yollayırlar ki, Elza xanım, mən sizin üçün əl işi ayaqqabılar hazırlamışam. Baxmışam, ancaq bəyənməmişəm. Adətən məni çılpaq göstərəcək geyimləri təqdim edəndə deyirlər ki, siz gözəlsiz, vücudunuz gözəldir, açıq-saçıq geyinin. Ancaq özüm üçün sərhəd qoyuram. Mən paltar geyinəndə harasısa açıq olanda zənglər gəlir ki, biz sizə bu cür öyrəşməmişik".
E.Seyidcahan artıq çəkilərindən də danışıb:
"Arıqlayırıq, ət tökürük. Pis əməllərdə də insanlara arıqlamağı, ət tökməyi məsləhət görürəm. Hara gedirsən, bir fikirlə qarşılaşırsan: arıqlama, pəhriz. O vaxtın qadınları boğazlarının buxağını, bədənlərini, qarınlarını göstərmək üçün sıraya düzülürdülər. Şəkil çəkdirirdilər. Kiminsə həyat yoldaşı arıq olanda deyirdilər ki, yəqin əri buna yemək vermir. Kilolu olmaq niyə çətindir? Çünki kilolu olmaq hər adamı gözəl göstərmir. Paltar da yaraşmır hər adama. Ancaq arıq adama hər şey yaraşır".
E.Seyidcahan Elariz Məmmədoğlunun onun üçün şeir yazmasına isə belə reaksiya verib:
“Elarizin yazdığı şeir mənim bir çox şeirimdən yığma sözlərdir. Bütün şeirlərimi o qədər oxuyub ki, onlardan ilhamlanıb şeir yaradıb. Elariz, gözəl mütaliə etmisən. Çoz gözəl, ordan şeir yaratmısan. Elariz, mən də səni sevirəm”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub