Bir həftə fasiləylə 2 həyat yoldaşını itirən müğənni Nazan Öncel ikinci əri Akşit Toqayın xatirəsinə albom hazırlayır.
Mynews.az xəbər verir ki, ifaçı artıq studiyada səsyazmaya start verib. Nazan sonuncu dəfə 2014-cü ildə “Bəzi şeylər” adlı albom çıxarıb.
Xatırladaq ki, Nazanın Akşitlə evliliyi qalmaqala səbəb olmuşdu. Belə ki, Öncel Toqayın baldızı olub. Akşit Nazanın bacısı Pınar Güveneldən boşandıqdan sonra onunla evlənib. Lakin cütlük bunun kağız üzərində olduğunu və öz həyatlarını yaşadıqlarını bildirmişdi. Akşit açıqlamasında Nazanla evlənməsinə belə aydınlıq gətirmişdi:
“Həyat yoldaşımdan boşandıqdan 11 il sonra uşaqlara görə və ortaq qazancımızı saxlamaq üçün kağız üzərində nikaha girdik, hər birimizin öz həyatı var”.
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub