Ötən gün “Maşın” realiti-şousunu tərk edən müğənni Səidə Sultan iştirakından danışıb.
Mynews.az-ın məlumatına görə, sənətçi bildirib ki, artıq özü də şoudan uzaqlaşmaq istəyirmiş:
“Dünən səsvermədə olmağı heç gözləmirdim. Mən də oradakılar kimi xəbərdarlıq edə bilmədim ki, hazır olun. Bu bir mübarizədir. Oyunumu oynayıb, qalib olmuşam. Murad Dadaşov sayəsində çox şey qazandım. İtirmədim ki... Oyunumu da təmiz və dürüst oynadım. Mənə dəstək olan bütün insanlara təşəkkürlər. Getsinə səs göndərənlərə də xüsusi təşəkkürlər. Çıxmağım ən məsləhətlisi idi. Bir az da qalsaydım, dəqiq bilirəm ki, dəli olacaqdım. Orada dürüst insan tapa bilmədim. Hamı bir-birindən hovlu gəzir. Bəzi kişilər də elə bil mən kişi idim, mənimlə başa-baş gedirdilər. İnsanlardan o sevgini qazandım. Orada olan bəziləri görüm nə qazanacaqlar. Kiminsə sayəsində yox, öz sayəsində nəsə qazansınlar".
Qeyd edək ki, səsverməyə çıxan S.Sultan rejissor Aqil M.Quliyevi çıxartmaq istəyib. Sonda səs toplaya bilməyən ifaçı özü yarışmanı tərk edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub