Müğənni Əli Mirəliyev “Maşın” şouda baş verən qalmaqallara münasibət bildirib.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənni vaxtilə “Maşın” şouda iştirak etdiyi zaman heç yerdə demədiyi gizlinləri də açıb-töküb:
“İnsanlar o şouya yalnız qalmaqal, dava üçün baxır. Baxıb görsünlər ki, kim kimi söydü, kim kiminlə dava etdi. Elə mən özüm də, camaata qalmaqal etdiyim üçün maraqlıyam. Onları səs, sənət maraqlandırmır. Vaxtilə “Maşın” şouda iştirak etdiyim zaman, Nurlan Növrəsli ilə qalmaqal yaşadım. Onun xətrini çox istəyirdim, gözləmədiyim halda, gəldi ki, “Əli müəllim, sizi şoudan uzaqlaşdırmaq istəyirəm”. Soruşdum səbəbini, dedi ki, “siz təmiz insansınız, bu iyrəncliklərə layiq deyilsiniz”. Dedim, “alə, lazımdırsa, özün rədd ol get, mən sənin atan yerindəyəm, nə haqla məni şoudan çıxarırsan?” Efirdən sonra qaldığımız oteldə onu döydüm, çünki bərk əsəbləşmişdim. Sonradan öyrəndim ki, mənə qarşı bu hərəkətinə görə dayısı da onu döyübmüş. İndi manasibətimiz yaxşıdır, görəndə öpüb-qucaqlayir”.
Ə.Mirəliyev “Maşın” şou ilə bağlı bir sirrini də açdı:
“Oteldə bütün şou iştirakçıları iki-üç nəfər bərabər qalırdı, amma məni tək otağa salmışdılar. Çünki məndən qorxurdular. Bilirdilər ki, dürüstəm, sözü qırmızı üzlərinə deyəcəm, məni heç bir qalmaqala, qruplaşmaya cəlb edə bilməyəcəklər. Elə də oldu, axıra qədər heç bir qruplaşmaya getmədim”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub