Xalq artisti Faiq Ağayevin rəsmi İnstaqram profili geri qaytarılıb. Mynews.az xəbər verir ki, bu barədə sənətçinin özü məlumat yayıb.
Oğurlanan hesabını geri qaytaran xalq artisti izləyicilərinə videomüraciət edib:
“Sizinlə bir xoş xəbəri paylaşmaq istəyirəm. İstaqram hesabım üzərində idarə məndədir. Oğurlanma nəticəsində paylaşımlarımın yarısı silinib. Yəqin ki, sabah hər şeyi dəqiq deyəcəm. Həmin şəxslərin ad, soyadları, şəxsi mobil nömrəsi, ev ünvanı belə aşkarlanıb”.
Xatırladaq ki, naməlum şəxslər profili ələ keçirərək canlı yayıma qoşulublar. Sənətçinin paylaşdığı skrin-fotolardan məlum olub ki, profili ələ keçirənlər qisas simvolu sayılan “Vendetta” maskasından istifadə ediblər.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub