“Maşın” realiti şousunun ötən günkü buraxılışında böyük qalmaqal baş verib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, tamaşaçı səsverməsinə çıxan Təranə Qumralla aktyor Sərxan Kərəmoğlu arasında gərgin anlar yaşanıb.Canlı efirdə yayımlanan sujetdə müğənni ilə aktyor mübahisə edib. Bir-birinə təhqir və söyüşlər deyən iki tanınmışın səsi kəsilib, efirə verilməyib.
Belə ki, Qumral “Efirdə deyəcəm ki, şalvar geyinir, amma...” deyərək onun ünvanına söyüş söyüb.
“Sən cahilsən. Bu nədi? Yetən kişilikdən danışır. Hansı kişilikdən? İynənin ucu qədər mənə təsir edəcək bir şey desən, heç kəs ağzımı yuma bilməyəcək. Siz necə insanlarsız? Siz nəyə güvənirsiz? “ söyləyərək müğənnini təhqir edib.
Təranə Qumral özündən çıxaraq Sərxana su şüşəsi atıb.Daha sonra Kərəmoğlu Oksana Rəsulova ilə söhbətində “O canlı efirə material hazırlayır, uşaqsan? “ bildirərək ağlayıb.
Sujet yayımlanandan sonra Sərxan Qumralın həyat yoldaşı Musa Musayevlə dost olduğunu söyləyib:
“Mənə deyir ki, Musa sənə zəng edəcək, belə-belə edəcək. Musa Musayevin xətrini çox istəyirəm, o mənim dostumdur. Mənim işim Təranə xanımladır. Bütün xanımlardan səs istədi. Mən isə bəylərə müraciət edirəm. İmkanınız varsa, xanımlarınızın əlindən telefonunuzu alın”.
Təranə “Ay bala, istəyirsən indi sənə reytinq verim? Mən çox insana reytinq vermişəm. Sujetdə verilənlərin hamısı söyüş idi. Ünvanıma təhqirlər dedi” - bildirib.
Sərxan isə “Səndən gələn reytinq ağlara qalsın. Sən söyəcəksən, mən də üzünüə baxacam?” cavabını verib.