“Hər kəsə təşəkkür edirəm. Sizlərin sayəsində bir daha qalib oldum. İmkanlı dostlarım çoxdur, Allah onları var eləsin. Amma onlardan nəsə istəməyə üzüm yoxdur. Heç kim pulu havadan, sudan qazanmayıb”.
Mynews.az-ın məlumatına görə, bu sözləri aparıcı Sərxan Kərəmoğlu deyib.
“Maşın” şounun iştirakçılarından olan Sərxan ifaçı Təranə Qumralla aralarında baş verən qalmaqaldan danışıb:
"Mənə xalq dəstək oldu, onların qarşısında baş əyirəm. Oyundayam, amma oyun oynamadım. Mənimlə oyun oynamaq istəyənin cavabını siz verdiniz və yola saldınız. Müxtəlif formada təhqir olundum, cavabını o dəqiqə verdim. Təranə Qumral məni zəif və kimsəsiz hədəf seçdi, əmin idi ki, qalib gələcək. Ancaq xalqı düşünmədi. Təranə və Musa ilə heç bir pis münasibətim yoxdur. Onu da başa düşürəm ki, qalib olmaq istəyirdi, sadəcə hədəfi yanlış seçdi. Mən ölərəm, amma söz altında qalmaram. Təranə Qumrala demək istəyirəm ki, bu bir oyundu, ciddi qəbul etməsin, sənətində ona uğurlar arzu edirəm. Sadəcə hədəfi düz seçməli idi”.
Qeyd edək ki, ötən gün yarışmada Təranə Qumral səs topladığı təqdirdə Sərxan Kərəmoğlunu uzaqlaşdıracağını demişdi. Nəticədə müğənni daha çox "getsinə" səs yığıb və oyundan özü uzaqlaşıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub