“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişinə qatılan azərbaycanlı Naz Mila yeni sevgili tapıb.
Mynews.az-ın məlumatına görə, proqramdakı bütün bəy namizədlərlə sevgili olan Naz bu dəfə Uğura göz qoyub.
Onların münasibəti aparıcı Zuhalı da təəccübləndirib. Bəy namizədlərdən olan Uğur “Nazla burada 3-4 günlük münasibətimiz oldu. İçimdə ona qarşı bir hiss qaldı. Yarımçıq qalan hisslərimi tamamlamaq istəyirəm” sözlərini deyib.
Naz isə “Kaş vaxt itirməyib, səni daha əvvəl tanısaydım” cavabını verib.
Naz daha sonra münasibətlərinin yaxşı olduğunu deyib:
"Bir az xəstəyəm. Gözəl xəbərlərlə gəldik, münasibətimiz başladı. Biz bir-birimizi bəyəndiyimizi dedikdən sonra qiymətli olduq?”.
Digər bəy namizəd Birkan N.Milanının keçmiş sevgilisi Əli Əkbəri qsıqandırmaq üçün belə bir addım atdığını iddia edib:
“Mən Uğurun yox, Nazın hisslərindən əmin deyiləm. Bu münasibətə bir həftə vaxt qoyuram”.
Uğur dostunun bu sözlərinə etirazını bildirib:
“Dəfələrlə sənə Naza qarşı hislərim olduğunu demişdim. Nazın mənə gözəl baxdığını görürəm. Əvvəl içimizdə qalan xəyal qırıqlıqlarını geri ataraq, gözəl bir yola başladıq. Naz çox səmimidir”.
Studiyada olan digər iştirakçılar da Uğurla Nazın münasibətinə inanmadıqlarını söyləyiblər.
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub