“Qarşıdurma” devizi ilə yayımlanan “Maşın” realiti-şousunda qalmaqallar bitmək bilmir.
Mynews.az-ın məlumatına görə, proqramın son bölümlərində aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasaında mübahisə yaşanıb. Tərəflər dəflərlə bir-birinin ünvanına təhqirlər səsləndiirb.
S.Kərəmoğlu T.Qumralın müğənni həyat yoldaşı Musa Musayevlə dost olduğunu deyib:
“Onun yoldaşı Musa mənim dostumdur, xətrini dünyalar qədər istəyirəm. Çünki Musayev soyadına hörmət edirəm. Canlı əfsanə olan Niyaməddin Musayevə görə hörmətim var onlara. Təranədən əvvəl Musanı tanımışam”.
T.Qumral isə “Musanın sənin kimi dostu ola bilməz” cavabını verib.
Məsələ ilə bağlı Musa Musayev də danışıb. Əməkdaşımızla söhbətində M.Musayev S.Kərəmoğlunun “dostumdur” sözlərinin həqiqətə uyğun olmadığını söyləyib:
“Maşın” gözəl bir verilişdir. Təranə ilə Sərxan arasındakı qalmaqala qarışmıram, özləri bilər. Amma mənim Sərxan adlı dostum yoxdur. Aktyordur da, orada şou göstərir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub