Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni Almaz Ələsgərli arasında qalmaqal böyüyür.
Verilişin ötən buraxılışlarından birində müğənni Almaz Ələsgərlinin verilişi tərk etməsi aparıcını hiddətləndirib. Verilişdə buna geniş yer ayıran aparıcı Ələsgərlinin yer üstündə dava etdiyini bildirib.
O, ad çəkməsə də müğəninin əməlini ekspertlərlə birlikdə sərt şəkildə tənqid edib. Xoşqədəm Hidayətqızı bildirib ki, Almaz Ələsgərli şikayətçi kürsüsündə əyləşməkdən imtina edib. Ona görə də verilişi tərk edib.
"Bu kürsüdə hər birimiz otura bilərik. Şikayətçi kürsüsündə hətta dahi sənətkarımız Alim Qasımov, professorlar belə əyləşib. Onlardan artıqsınızmı?”, - deyə Xoşqədəm Hidayətqızı bildirib.
Xatırladaq ki, Almaz Ələsgərli bir neçə gün əvvəl Xoşqədəm Hidayətqızının "Bizə danış” verilişinə qonaq qismində dəvət olunub. Lakin bir müddət sonra efiri tərk edib. Müğənni ona verilən yerdə başqası əyləşdiyi üçün verilişi tərk etdiyini bildirib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub