"O məclisdə 2 evin, 3-4 maşının pulunu qazanmışam" Namiq Qaraçuxurlu - VİDEO

829
"O məclisdə 2 evin, 3-4 maşının pulunu qazanmışam" Namiq Qaraçuxurlu - VİDEO

"ARB Ulduz"un "Şou məkan" verilişinə qonaq olan Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.

Mynews.az xəbər verir ki, o, ilk olaraq yeni mahnılarından və meyxanadan bəhs edib:

""Soyuqdur" mahnısından sonra, əslində, işlər çoxdur. Seçimlər edəcəyik. Çox istəyərəm ki, "İstidir" adlı mahnı gəlsin. İstiyə aid hansısa mahnı gəlsin. Dəniz mövzusunda da, meyxana stilində bir mahnım var. İstəyirəm ki, onu da hazırlayım. Mənim ən çox qazancım meyxanadan olub. Çünki meyxana elə bir şeydir ki, ola bilər ki, sən məclislərə aşağı qiymətə gedirsən. Ancaq elə bir məclisə düşmüşəm ki, mən orada iki mənzilin, üç-dörd maşının pulunu qazanmışam. Azərbaycandan kənarda elə məclislər olub ki, imkanlı biri çıxıb qarşıma və mənim sənətimin pərəstişkarı olub, hörmətini edib. Ona görə meyxana mənim üçün qazanclı olub. Mən qazanca meylli adam deyiləm. Ola bilər ki, zamanında heç nəyim olmayanda çalışmışam ki, qazanım. İndi varım-dövlətim, bahalı evim və maşınım olmasa da, dolanıram, bu, mənə bəs edir. Hazırda mən musiqiyə daha çox meylliyəm. Daha çox lirikaya meylliyəm. İllərdir ki, 6-8 ritmi ilə yazıram. Lirik mahnılar çox yazandan sonra 6-8 rahat gəlir".

Meyxanaçı musiqiyə yönələndə onu topa tutanların indi özlərinin musiqiyə yönəlməsindən danışıb:

"Mən o vaxt da bilirdim nə var, nə yox, indi də bilirəm. Mən nəyisə dəqiq biləndən sonra heç kimə qulaq asmıram. O vaxt da meyxanadan musiqiyə keçməyə birmənalı baxmayanlar meyxana verilişi edirdilər. Ancaq verilişin anonsunu musiqili hazırlayırdılar. Meyxanaçılar içərisində seçilən bir insan olmuşam. Zamanında klip çəkdirmişəm, mahnılar, duetlər oxumuşam. Bu baryeri keçmiş adamam. Siz indi meyxanaçılardan rahat müsahibə ala bilirsiz. Ancaq o vaxtlar bu, çətin idi. Mənim sahəmdə, hələ ki, heç kimi görmürəm. Arzulayıram. Pərviz Bülbülə, Rəşad Dağlı, Vüqar Biləcəri, Orxan Lökbatanlı, Pərviz Sabirabad və s var. Sevinirəm ki, digərləri ilə müqayisədə Pərviz efirlərdə daha tez-tez görünür. Ancaq söhbət toy bazarından gedirsə, hələ ki, orda heç kimi görmürəm. Görsəm, narahat olaram".

Sonda isə Namiq həmkarlarına tövsiyələr edib:

"Meyxanaçılar var ki, istedadlıdırlar, ancaq musiqini elə də gözəl bilmirlər. Oxuyanda xaric oxuyurlar. Çox istəyərdim ki, püxtələşsinlər. Mahnılarını mükəmməl aranjman elətdirsinlər. Mən bir mahnının aranjmanına 1500-2000 manat xərcləyirəm. Ancaq meyxanaçıların əksəriyyəti 100-200 manatla bu məsələni həll edirlər. Bu gün Azərbaycanda elə verilişlər var ki, utanıram, getmək istəmirəm. Məcbur gedirəm. İndi mən həmin verilişlərə yox deyəndə, başqa meyxanaçıları çağırırlar".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbər lenti