Pərviz Bülbülə kimin dəvətini rədd etdi? MÜSAHİBƏ - VİDEO

833
Pərviz Bülbülə kimin dəvətini rədd etdi? MÜSAHİBƏ - VİDEO

Meyxanaçı Pərviz Bülbülə yaradıcılığı haqqında danışıb.

Mynews.az meyxanaçının SİA-ya müsahibəsini təqdim edir

-Yaradıcılığınızda hansı yeniliklər var?

-Yeni layihə üzərində işləyirəm. Amma layihənin nədən ibarət olacağını hələ ki demiyəcəm. Bundan başqa yeni mahnı ərsəyə gətirirəm. Tezliklə təqdim edəcəm.

-Deyilənlərə görə, sizə filmlərin birində rol almaq üçün təklif gəlib. Lakin dəvəti qəbul etməmisiniz. Buna səbəb nədir?

-Bədii filmdə çəkmək istədilər. Lakin dəvətlərini qəbul etmədim. Təkliflərini rədd etməyimə səbəb başqa layihə üzərində işləməyimdir. Ürəyimdə olan arzumu gerçəkləşdirməyə çalışıram. Eyni zamanda filmdə çəkilməyə vaxtım yoxdur.

-Ümumiyyətlə özünüzü aktyor kimi görürsünüz?

-Səhnədə olan hər bir sənətçi aktyordur. Onu da deyim ki, səhnəyə çıxan məşhur simalara ayrı-ayrı ad vermirlər. Hamıya bir ad verilir. O, da “Xalq artisti”.

-“Xalq artisti” fəxri adına layiq görülmək istərdinizmi?

-Meyxanaçıların arzusudur ki, onlara da fəxri ad verilsin. Meyxanaçılar balaca qüvvə deyillər. Mənim timsalımda bir çox meyxanaçı dostlarım xalq üçün oxuyub, əziyyət çəkir.

-Sizcə, el şənliklərinə daha çox müğənniləri yoxsa, meyxanaçıları dəvət edirlər?

-Hazırda toylarda və bir çox mərasimlərdə meyxanaçılara müğənnillərdən tələbat daha çoxdur. Meyxanaya hər zaman üstünlük veriləcək. Çünki xalqımız söz qədri biləndir. Camaatımız muğama, musiqiyə, meyxanaya hər zaman dəyər verib.

-Fikrinizcə, hansı mahnınız daha çox sevilib?

-Məncə, “Biri var” mahnım sevildi.

-Damlayla yeni duet ərsəyə gətirmək fikriniz varmı?

-Damla xanımla yeni duet oxumaq istəmirəm. Mən onunla duet ortağı deyiləm. Sadəcə olaraq, onunla bir araya gələndə bir neçə mahnını birgə ifa etmişik. Kimsə mənim Damlayla ifa etdiyim bəstələri bəyənməyə də bilər. Burda qəbahətli heç nə yoxdur. Amma Damla xanımın da kifayət qədər dinləyici kütləsi var. Damla xanıma uğurlar arzu edirəm.

Xəbər lenti